Rövşən Ağayev REAL-dan istefa verdi


00:30     23 Aprel 2017 rovshen_agayev-(3)_1492875740.jpg

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev üzvü olduğu REAL Hərəkatından istefa verib.


Femida.az -ın məlumatına görə, bu barədə iqtisadçı özü məlumat verib.

O, istefasını belə əsaslandırıb: “2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum REAL Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu. Səbəbləri haqda çox qısa bunları deyəcəyəm. Hərakatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim".

Femida.az

Açar sözlər:

Oxunub: 1536