Cüdoçumuz qızıl medal qazandı


02:37     23 Aprel 2017 image9593.jpeg


Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Femida.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir qızıl medal əlavə edib. Avropa çempionatının ilk mərhələsindən azad olan Elxan Məmmədov mübarizəyə Vinçenzo d Arko (İtaliya) ilə görüşlə start verib. Rəqibindən üstün olan dünya çempionumuz 1/8 finalda Latviya idmançısı Arturs Nikiforenkoya gücünü göstərib. Məmmədov 1/4 finalda israilli Peter Paltçikdən də güclü olaraq, yarımfinala adlayıb.

Maraqlıdı ki, yarımfinalda Elmar Qasımov və Elxan Məmmədov bir-birləri ilə güləşiblər. Daha güclü olan Məmmədov finala adlayıb. O, fransalı Kiril Mareti ipponla yolundan kənarlaşdıraraq qitənin ən güclüsü adını qazanıb.

Qeyd edək ki, turnirin geridə qalan iki günündə millimiz aktivinə 4 medal yazdırıb. 73 kq çəki dərəcəsində Hidayət Heydərov qızıl medala sahib olduğu halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) “bürünc”lə kifayətləniblər.

Femida.az

Açar sözlər:

Oxunub: 714