Güclü külək Ağstafada fəsadlar törədib


13:54     23 Aprel 2017 kulek5.jpg

Dünən günorta saatlarından əsməyə başlayan güclü külək Ağstafa rayonunda fəsadlar törədib.

Rayonun kəndlərində, əsasən də Poyluda bəzi evlərin dam örtüyü qismən dağılıb. Həmçinin, elektrik naqilləri sıradan çıxıb və enerjinin verilişi 3 saata yaxın dayandırılıb.

Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda elektrik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə enerjinin verilişi bərpa olunub. Küləyin sürətinin isə hazırda azaldığı bildirilir.

Ölkənin Qərb bölgəsində güclü külək bir neçə gündür davam edir. Hazırda Qazax, Tovuz, Daşkəsən və Şəmkir rayonlarında küləkli hava müşahidə olunur. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 568