Rusiyada şaxta uçdu - 2 nəfər ölüb (Yenilənib)


17:54     23 Aprel 2017 meden%20qezasi.jpg

Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında uçqun nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.


Bu barədə Çelyabinsk vilayət Operativ Xidməti məlumat yayıb.

Xəsarət alan şaxtaçının durumu yaxşıdır, həyatı üçün təhlükə yoxdur.

***

Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında uçqun olub.

Məlumata görə, 163 şaxtaçı evakuasiya edilib, 3 şaxtaçının taleyi məlum deyil.

Uçqun 700 m dərinlikdə baş verib. Hadisə yerində 20 mütəxəssis, yanğınsöndürən-xilasedicilər və təcili yardım briqadası cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1478