Sarkisyan daha bir nazirliyi daşnaklara verir


16:40     23 Aprel 2017 image386.jpeg

Daşnaksütyun partiyası Ermənistan hakimiyyəti ilə danışıqlar aparır. Məqsəd yeni hökumətdə daha bir nazirliyin daşnaklara həvalə edilməsidir.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, hazırki Ermənistan hökümətində 3 daşnak nazir var.

Regional İdarəetmə, Təhsil və Əktraf mühitin qorunması nazirlikləri Daşnaksutyun partiyasının ixtiyarına verilib. Lakin, aprelin 2-də cəmi 7 faiz səs toplayan Daşnaksütyun daha bir nazir portfelini öz xeyrinə götürməyə çalışır.

Daşnaklar Sarkisyandan kifayət qədər geniş məaliyyə xərclərinə malik olan əmək və sosial işlər və ya səhiyyə nazirliklərindən birini istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 593