Sarayda maşın, Xaçmazda ev yanıb


16:55     23 Aprel 2017 13878640961363594763_yangin45sadas1.jpg

Saray qəsəbəsində avtomobil, Xaçmazda ev yanıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Abşeron rayonu Saray qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə “Mercedes” markalı mikroavtobus yanıb. Yaxınlıqdakı ev yanğından muhafizə olunub.

Digər yanğın hadisəsi Xaçmaz rayonun Yeni Həyat qəsəbəsində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 769


Oxşar xəbərlər