Olland səsverməyə getdi, hədiyyə ilə qayıtdı


17:35     23 Aprel 2017 1362237867_Olland.jpg

Fransa prezidenti Fransua Olland bu gün ölkəsində keçirilən prezident seçkilərinin ilk turunda səsvermədə iştirak edib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırki prezident səs vermək üçün ölkənin cənub-qərbinə, Tyül şəhərinə gəlib. Olland 2001-2008-ci illərdə bu şəhərin meri olub.

Prezident bülletenini seçki qutusuna atarkən yaşlı qadın ona yaxınlaşaraq, içərisində açıqça olan sarı rəngli zərf hədiyyə edib. Olland gülümsəyərək hədiyyəni qəbul edib.

Femida.az

Açar sözlər:

Oxunub: 910