Mingəçevirdə 9 yaşlı uşağı maşın vurub


21:38     23 Aprel 2017 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1).jpg

Günorta saatlarında Mingəçevir şəhərində azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Şəhərin Samux küçəsində yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Zəhra Novruz qızı "Jiquli" markalı avtomobil tərəfindən vurulub.

Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Eldar Kərimovun məlumatına görə, vurulan azyaşlıya açıq kəllə-beyin travması, baş-beyin silkələnməsi, sümüyün sınığı, sol göz nahiyəsinin hipetoması diaqnozu ilə çevik tibbi müdaxilə olunub. Hazırda xəstənin vəziyyəti stabil-ağır olaraq qiymətləndirilir.

Mingəçevir Polis şöbəsindən əldə olunan ilkin məlumata görə, hadisə ilə bağlı təhqiqat aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1404