Güləşçilərimiz çempionatda 4 medal qazandı


23:38     23 Aprel 2017 gulesci.jpg

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən sumo güləşi üzrə Avropa çempionatının ilk günündə Azərbaycan idmançıları 4 medal qazanıblar.


Femida.az xəbər verir ki, 21 yaşlı güləşçilərimizdən Məhərrəm Eyvazov (60 kq), Camal Feyziyev (+115 kq) və 23 yaşlılardan Çingiz Səmədov (92kq), həmçinin 85 kq. çəki dərəcəsində çıxış edən Namiq Sadiqov turnirin bürünc medallarını qazanıblar.
Azərbaycan "Sumo-2017" Avropa çempionatında 17 güləşçi, 2 nümayəndə və 2 hakimlə təmsil olunur.
Çempionat davam edir.

Açar sözlər:

Oxunub: 884