Quba-Xaçmaz yolunda qəza - Xəsarət alanlar var


00:15     24 Aprel 2017 1359952125_qeza-avariya-mainyeni.jpg

Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda qəza olub.


Məlumata görə, qəza yolun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vaz 2107" markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır.

Fakt araşdırılır.(APA)

Açar sözlər:

Oxunub: 937