Taksi sürücüsü döyüldü - Vəziyyəti ağırdı


05:53     24 Aprel 2017 1367572794_dava-dalas.jpg

Gəncədə döyülmə faktı qeydə alınıb.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini, 1975-ci il təvəllüdlü İlham Hüseynov 1985-ci il təvəllüdlü Ramiz Əliyevlə dalaşıb.

Hadisə nəticəsində hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Taksi sürücüsünün vəziyyəti orta ağır, digər şəxsin isə normal qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2345