Dünya ölkələrinin hərbi xərcləri - ABŞ və Çin liderdir
16:00 24 Aprel 2017
2016-ci ildə dünya ölkələri hərbi xərclərini 2015-ci illə müqayisədə artırıb.
SIPRI - Stokholm Beynəlxaq Sülh Araşdırma İnstitutunun hazırladığı hesabatda qeyd edilib ki, hərbi xəclərin ümumi həcmi 2015-ci illə müqayisədə 0,4% artaraq 1,6 trilyon dollar təşkil edib. İlk üçlükdə ABŞ, Çin və Rusiya qərarlaşıb.
2016-ci ildə Amerikanın hərbi xərcləri 611 mlrd dollar təşkil edib. Bu isə 1,7 faiz artım deməkdir. Öz növbəsində Çin 215 milyard, Rusiya isə 69,2 milyard xərcləyib. Ötən il ilk üçlükdə olan Səudiyyə Ərəbistan neftin qiymətini aşağı düşməsi fonunda hərbi xərclərə 63,7 milyard dollar xərcləyərək dördüncü yerdə qərarlaşıb.
Bundan başqa ötən il iqtisadiyyatları neftdən asılı olan ölkələr, Rusiya istisna olmaqla hamısı hərbi büdcələrini azaldıblar. SİRPİ-nin hesabatına görə, ötən il 2015-ci illə müqayisədə Səudiyyə Ərəbistanı özünün hərbi xərclərini 56 faiz, Cənubi Sudan 54 faiz, İraq 36 faiz azaldıb. Həmçinin Anqola, Venesuela, Ekvador və Qazaxıstanda hərbi xərclərini kifayət qədər azaldıblar.
Femida.az
Oxunub: 1670
Oxşar xəbərlər
- Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir
- Dünya çempionunu öldürən Anar barədə ittiham təsdiqləndi - Ömürlük cəza
- Dünyanın ən etibarlı evi tikildi - 30 milyon dollara
- Dünyanı lərzəyə gətirən “Akula”nın sirri nədir?
- Dünya mətbuatı bu FOTOLARDAN danışır
- Dünya böyük müharibənin eşiyində - Trampın son qərarına ŞƏRH
- Dünyada bir ilk - İnsandan insana baş köçürülüb
- Dünyanın ən məşhur fırıldaqçıları – 65 milyard dollarlıq dələduzluq...
- Dünyanın ən zəngin adamı dəyişib
- Dünya türkoloqları Qazaxıstanda toplaşıblar