Sürücülərin nəzərinə - Bu yollar rənglənir


16:28     24 Aprel 2017 2e64fad2c9470cbde94d31beb454b144.jpg

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq paytaxtın Nəsimi rayonunun Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonunun Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.


Bu barədə “Azəravtoyol” ASC məlumat yayıb.

"Rənglənmə işlərinə bu gün saat 22:00-dan start veriləcək. İşlərin səhər saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1099