Hakimə kobud cavab verən şəxsə 48 saatlıq həbs verildi


18:06     24 Aprel 2017 1444642007_mehkeme-2.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəsimi Hüseynov ifadə verib.

O, hakimin suallarına kobud cavab verdiyi və məhkəməyə dəfələrlə çağırılmasına baxmayaraq gəlmədiyi üçün barəsində 48 saatlıq həbs cəzası seçilib.

Hakim şahidin davranışını məhkəməyə qarşı hörmətsizlik kimi qiymətləndirib.

Məhkəməyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları dəvət edilib və Nəsimi Hüseynov həbs edilib.

Açar sözlər:

Oxunub: 2639