`Mismar görəndə kiminsə başına batırmaq istəyirəm` – Amansız canilərin HƏYATI


17:22     25 Aprel 2017 fft16_mf707933.Jpeg

Silsilə qətllər törədən cinayətkarlar dünyanın bir çox ölkələrində olub. Hətta onların bəziləri haqqında kitablar yazılıb, müxtəlif qorxulu filmlər çəkilib. Qonşu Türkiyə Respublikası da bir vaxtlar bu növ cinayətkarlar üçün əlverişli məkanlardan olub.


Femida.az Türkiyənin gəlmiş-keçmiş ən məşhur qatillərini və onların həyat hekayəsini oxuculara təqdim edir:

Türkiyədə ən çox qətl törədən cinayətkar kimi tarixə düşən Yavuz Yapıcıoğlu 1994-2002-ci illər arasında rəsmi rəqəmlərə görə 18, ailəsinin və şahidlərin dediyinə görə isə 53 nəfəri öldürüb. Onun törətdiyi qətllərin əksəriyyəti isə cüzi anlaşılmazlığa görə baş verib. 1994-cü ildə İstanbulda eyni məhəllədə yaşadığı bir gənc qızın ona “Sabahınız xeyir” dediyinə görə həm qızla, həm də qızın nişanlısı və dostları ilə dava edir. Həmin mübahisədə o, 3 nəfəri qətlə yetirir. Daha sonra isə bir xadimə ilə məktəbli qızın mübahisəsinə qarışır. Qızı qovmaq istəyəndə xadimə ona mane olmağa çalışır, bundan əsəbiləşən Yavuz Yapıcıoğlu xadiməni bıçaqla qətlə yetirir. Cinayəti törətdikdən sonra Adana şəhərinə yerləşən Yavuz burada heç bir əsas olmadan daha 3 nəfəri qətlə yetirir.



Adanadan qaçarkən mindiyi avtobus Ankarada fasilə verir. Simit almaq istəyir, ancaq cibində pulu olmur. Tanımadığı birindən pul istəyir, lakin həmin şəxs pul verməkdən imtina edir. Bundan sonra həmin adamı izləyir və heç kəsin olmadığı bir məkanda onu qətlə qətlə yetirir. Cinayəti görən adamın isə boğazını kəsərək öldürür. Xərclik vermədiyi üçün böyük qardaşının mağazasını yandırır. Bundan başqa, yaxın qohumlarının ikisinin evini yandırır. Atası Səlimi öldürmək üçün evinə basqın edir, lakin atası tüfəngdən atəş açaraq Yavuzun əlindən qurtula bilir. Yavuz buradan Balıkəsirə, nənəsinin yanına gedir. Nənəsinin dediyi bir fikirdən əsəbiləşən yavuz külqabını nənəsinin başına çırparaq onu qətlə yetirir. Olaydan xəbər tutan anası infarkt keçirərək dünyasını dəyişir. Törətdyi cinayətlərə görə ona 74 il həbs cəzası verilir.

“Yaşlı insanlar bizim yerimizə yaşayırlar, bəlkə də bizim qismətimizi yeyirlər. Buna görə də onları öldürməkdə tamamilə haqlıyam”



Bu sözlərin müəllifi “Artvin canavarı”, yaxud da “Baltalı qatil” ləqəbləri ilə tanınan Adnan Çolakdır. O törətdiyi 11 cinayətə məhkəmədə bu sözlərlə haqq qazandırmağa çalışıb. O, 1992-1995-ci illərdə Artvində yaşları 68-95 aralığında dəyişən insanları qətlə yetirib. Çolak öldürdüyü 6 qadına təcavüz də edib. Həbs olunduqdan sonra Çolakın işinin istintaqı 5 il çəkir və ona 5 dəfə edam, 112 il isə həbs cəzası kəsirlər.

“Bəbək üzlü qatil”



Yaraşıqlı olması və məsum siması ilə diqqət çəkən Ali Kaya silsilə cinayətlərinə 1997-ci ildə əmisi Cəlal Kayanı öldürməklə başlayır. Bu cinayətə görə 5 il həbs cəzasına məhkum olunur. Həbsxanadan çıxdıqdan sonra öz anasını zorlayan Zeynəl Abidin Gümüş adlı bir nəfəri öldürür. Bu cinayətdən sonra ruhi dispanserə yerləşdirilən Ali Kaya 1999-cu ildə ruhi dispanserdən çıxarılır. Bundan sonra Alanya şəhərində daha 5 nəfəri bıçaqlayaraq öldürür. Yenidən ruhi dispanserə yerləşdirilən Ali Kaya elə buradaca Ayhan Kartal adlı bir cinayətkarı öldürür. Bu cinayətdən sonra Şanlıurfada bir həbsxanaya göndərilən Kaya bir il sonra buradan qaçır. 2004-cü ildə isə Alanyada yenidən polis tərəfindən yaxalanır.

“Yol qatilləri”



Mehmet Karahasan və Yiğit Bekce 20 oktyabr 2006-cı ildə başladıqları silsilə cinayətlərdə 52 saat içində 7 nəfəri öldürüblər. Qətliamın ilk qurbanı Bursa-Yalova yolunun üzərində yerləşən mağazaların birində baş verir. Burada satıcı olan Hüseyn Çalışkan adlı birini öldürürlər. İzmit və Sakaryada da eyni qayda ilə mağaza və benzin satış məntəqəsinə daxil olan cinayətkarlar daha iki nəfəri öldürürlər. Avtomobillə uzun yol qət edən qatillər Mersinin müxtəlif hissələrində daha dörd nəfəri qətlə yetirirlər. 52 saat içərisində 7 nəfəri qətlə yetirən cinayətkarlar polis tərəfindən tutulur və bir neçə dəfə ömürlük həbs cəzasına məhkum olunurlar.

Türkiyədə 17 avqust zəlzələsinə qədər Orhan Aksoyun sakit bir həyatı var idi. Zəlzələdən sonra bütün işləri pozulan Aksoy ailəsini Rumıniyaya göndərir. Bununla da onun silsilə qətlləri başlayır. 2000-ci ilin oktyabrından 2001-ci ilin yanvarına qədər 5 nəfəri boğaraq qətlə yetirir. Qurbanlarını öldürdükdən sonra paketə yerləşdirərək kimsəsiz bölgəyə atdığına görə ona “paket qatil” ləqəbi verilmişdi.



Erdinc Tümer adlı 1971-ci il təvəllüdlü bir nəfər 1999-cu ildə Bursa və İzmirdə 5 nəfəri öldürüb. Hələ də polis tərəfindən axtarışdadır.

“Mismar görəndə həyəcanlanıram və kiminsə başına batırmaq istəyirəm”

Yaxalandıqdan sonra bu ifadələri söyləyən Süleyman Aktaş “mismarlı qatil” kimi tanınıb. Süleyman Aktaşı cavanlıq illərində çalışdığı müəssisədə 31 min voltluq elektrik cərəyan vurur. Bu hadisədən sonra 1986-cı ildə bir hüquqşünası öldürür. Məhkəmə onun ruhi vəziyyətinin normal olmadığı qənaətinə gələrək dispanserdə müalicə olunmasına qərar verir. Müalicə olunduqdan sonra kənd yerinə köçən Aktaş burada 4 qonşusunu boğaraq qətlə yetirir. Onun “mismarlı qatil” adlandırılamsının səbəbi isə qurbanlarını öldürdükdən sonra başlarını və gözlərini mismarla deşməsi olub.



Qurbanlarının boğazını kəsdikdən sonra su quyusuna atan Özkan Zəngin iki ayda 4 nəfəri qətlə yetirib. Yaxalandıqdan sonra polisə verdiyi ifadədə bunları deyib: “Kişilərə niftrət edirəm. İlk cinayətimdən sonra adam öldürmək alışqanlıq halını aldı. Tutulmasaydım, öldürməyə davam edəcəkdim”.

Seyid Əhməd Dəmirçi adlı qatil 1998-ci ilin may-iyul aylarında İstanbulda 4 mebel mağazası rəhbərini güllələyərək öldürür. Dəmirçinin hədəf kimi mebel mağazası sahiblərini seçməsi isə uşaqlığında yaşadığı travma ilə bağlıdır.



Belə ki, uşaqlıq illərində ən yaxın dostu Habil ilə birlikdə mebel mağazasında çalışırmış. Bir gün mağaza sahibi onlara hücum çəkir. Dəmirçi qaçıb qurtula bilsə də, dostunun mağaza sahibi tərəfindən zorlandığının şahidi olur. İki dost bu hadisəni sonsuza qədər sirr kimi saxlamaq qərarına gəlirlər. Lakin universiteti bitirtdikdən sonra dostu Habil intihar edir. Bundan sonra Dəmirçi mebel mağazası sahiblərinə qarşı cinayətlərə başlayır. Dostunun intihar etmə səbəbini yalnız Dəmirçinin bildiyi deyilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4243


Oxşar xəbərlər