Hindistanda 24 polis əməkdaşı öldürülüb


23:28     24 Aprel 2017 5513b3219e29a.jpg

Hindistanın Çxattisqarş şəhərində maoist-üsyançılar 24 polis əməkdaşını öldürüblər.


BBC-nin yaydığı məlumata görə, hücumda 300-dək üsyançı iştirak edib.

Qətlə yetirilən polis əməkdaşları Sukma bölgəsində yol tikintisi ilə məşğul olan fəhlələri mühafizə edirmiş.

Xatırladaq ki, Sukma bölgəsində martın 11-də də buna oxşar hadisə baş verib. O zaman 12 polis öldürülmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 1031