İcra başçısının müavini işdən qovulub - Bayrağa görə


01:03     25 Aprel 2017 1490367372_1478446520_kopiya-mg_5500_1493038922_1493053200.jpg

Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Mahir İsa oğlu Həsənov vəzifəsindən azad edilib.


Femida.az "Report"a istinadən bildirir ki, M.Həsənovun işdən çıxarılmasına səbəb rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsinin cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub.

Qeyd edək ki, bir neçə gün əvvəl xəbər saytlarında və sosial şəbəkələrdə Tovuzun Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsinin cırılmış halda görüntüləri yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3435