`Taliban` partlayış törətdi - ölənlər var


01:09     25 Aprel 2017 efqanistan%20ordu.jpg

Əfqanıstanın Xost şəhərində ABŞ-a məxsus hərbi bazanın yaxınlığında güclü partlayış baş verib.


“Sinxua” agentliyinin yaydığı xəbərə görə, hadisə nəticəsində 4 əfqan hərbçisi ölüb, daha 8-i yaralanıb. Yaralılar arasında 2 dinc sakinin olduğu bildirilir.

Törədilən partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Xatırladaq ki, aprelin 21-də Əfqanıstanın Balx əyalətində “Taliban” silahlılarının hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 694