BMT-dən ŞOK statistika: 20 milyon nəfər aclıqdan ölə bilər


02:48     25 Aprel 2017 Mali-ChildrenFoodSchool-WP.jpg

Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər.


Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva qurumun Romada keçirilən sessiyasında bəyan edib.

O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər: "Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır".

Baş direktor əlavə edib ki, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir.

Femida.az

Açar sözlər:

Oxunub: 1344