Tramp və Merkel telefonda danışıb


03:02     25 Aprel 2017 58cd2016c36188034d8b466f.JPG

ABŞ prezidenti Donald və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.


Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Məlumata görə, tərəflər ikitərəfli münasibətlər və aktual beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

O da bildirilir ki, liderlər Suriya və Yəməndə vəziyyət, eləcə də Şimali Koreyadan gələn təhdidləri müzakirə ediblər. Prezident Tramp Almaniya və Fransanın səylərini yüksək qiymətləndirərək Minsk razılaşmaları əsasında Ukraynada nizamlama üzrə danışıqların keçirilməsini dəstəkləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 704