• Ana səhifə / Manşet

Xəbər lenti

Necə edək ki, dünyaya sağlam uşaq gətirək?


Tarix 10.05.17, 17:29


Nevroloq kimi iş prosesində tez-tez bir ailədə iki və ya üç uşağın eyni xəstəlikdən əziyyət çəkdiyinin şahidi oluram. Belə uşaqlar adətən ağır xəstəliklərdən – Uşaq Serebral İflici (USİ), natamam osteogenez və digər irsi və nevroloji pozuntulardan əziyyət çəkirlər.


Misallarla izah edək. Bir ailənin iki qız övladı, hər ikisi ağır forma USİ xəstəsidir və xüsusi baxıma möhtacdırlar. Müayinə vaxtı aparılan araşdırmada məlum olur ki, ana problemli hamiləlik keçirib, üstəlik həkim məsləhətlərinə də əməl etməyib. İlk uşaq müxtəlif xəstəliklərlə yarımçıq doğulub. Əsas faciə odur ki, bu ailələrdə eyni şərtlər daxilində qısa müddət sonra ikinci uşaq dünyaya gəlir və təəssüf ki, bu körpə də oxşar formada əziyyət çəkir.

12 yaşlı yeniyetmə qız düşünək, oturmur, yerimir, danışmır, əqli inkişafdan çox geri qalıb. Maddi vəziyyətin pis, maarifləndirmənin yox səviyyəsində olması məlumdur, ancaq həkimi dinləmək istəməyən, hər şeyi bəxtin, taleyin üzərinə atan ailələr də kifayət qədər çoxdur. Düşünmə qabiliyyəti olan insan əgər bir uşağı ağır xəstəlikdən əziyyət çəkirsə, eyni şərtlər daxilində tələsik ikinci uşağı dünyaya gətirməyi necə düşünür? Niyə eyni əziyyəti çəkməkdən qorxmur?

İkinci bir təsadüf – irsi sümük xəstəliyindən əziyyət çəkən iki qız. Günahı kimdə axtaraq? Madiyyat, sığorta sisteminin olmaması, maarifləndirmənin zəif olması, ailələrin məsuliyyətsizliyi, qohum-qonşuya inad uşaq dünyaya gətirmək həvəsimiz və s.

Bu mövzudan danışarkən qeyd etməli olduğumuz bir digər bəlamız da yaxın qohum evlilikləridir. Böyük həvəslə irsi xəstəlikləri nəsildən-nəslə ötürürülür. Bəzən həmin adamlar həkimə ətraflarında sağlam uşaqları olan qohum evliliklərini misal çəkirlər. Ancaq dəyişməyən bir fakt var ki, onların uşağının sağlam olması sizi sığortalamır.

Ona görə də nikahdan əvvəlki tibbi müayinələr mütləq aparılmalıdır. Müayinə nəticəsində irsi xəstəlik daşıyıcıları aşkarlanır. Xəstəlik daşıyıcısı olan insanların bir-biriləri ilə evlənməsi artıq dünyaya xəstə uşağın gəlməsi deməkdir.

Məlum məsələdir ki, ağır xəstə uşaqları olan ailələrdə yük daha çox ananın üzərinə düşür. Həm mənəvi, həm psixolji, həm fiziki. Ancaq mütləq qeyd etmək lazımdı ki, bu kimi halların qarşısının alınması yönündə ən çox məsuliyyəti də onlar daşıyırlar.

Hər şeydən əvvəl, övladlarımızın gələcəyini düşünməliyik. Çünki biz bir ömür boyu onların yanında ola bilmərik. Çalışaq ki, gələcək həyatılarında onlar kimsəyə möhtac qalmasın.

Bunun üçün isə lap əvvəldən işə ciddi və məsuliyyətli yanaşmaq lazımdır.

- İlk olaraq hamiləlikdən öncə həkimə müraciət edin.
- Bir xəstəliyiniz varsa, zamanında aradan qaldırın.
- Maddiyyatı bəhanə etməyin, çünki xəstə uşaq daha böyük maddi və mənəvi əmək tələb edir.

Və bir məsələni də heç zaman unutmayaq, sağlam uşaq dünyaya gətirməyin birinci şərti sağlam ana olmaqdır!

Rayihə Xudiyeva
Nevropotoloq, Respublika Uşaq Sanatoriyasının həkimi

Xəbərin oxunma sayı : 2422









Cəmiyyət
img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img