Türkiyə ABŞ-a nota verdi - Gərginlik


00:36     23 May 2017 turkiye2%20aprel.jpg

ABŞ-ın dövlət katibi Reks Tillersonun Vaşinqtonda PKK tərəfdarları ilə Ərdoğanın mühafizəçiləri arasında baş verən dava ilə ilə bağlı verdiyi açıqlama Ankaranın etirazına səbəb olub.



Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Ankara Tillersonun baş verənləri "türk şiddəti" kimi qələmə verməsinin qəbuledilməz olduğunu açıqlayıb.

Ankara buna etiraz olaraq ABŞ səfirini Türkiyə XİN-ə çağırıb, ona nota verib.

Xatırladaq ki, Ərdoğan ABŞ-da səfərdə olarkən PKK tərəfdarı ilə prezidentin mühafizəçiləri arasında dava düşmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 5397