• Ana səhifə / Manşet

Xəbər lenti

Cinayətkar hansı müddətdən sonra həbs oluna bilməz?


Tarix 23.05.17, 11:50


Cinayətin törədilməsindən müəyyən müddət keçdikdən sonra məsuliyyətdən azad olma ilə bağlı cinayət qanunvericiliyində müvafiq müddəalar var.


Bu hallar Cinayət Məcəlləsinin 75-ci maddəsində öz əksini tapıb.

Həmin maddədə qeyd olunur ki, cinayət törətdiyi gündən müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu müddətlər cinayətin ağırlıq dərəcəsinə görə aşağıdakı kimi təsnifatlaşdırılıb:

Böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;

Az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;

Ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;

Xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.


Yəni ağırlıq dərəcəsindən asılı olaraq, cinayətin törədilməsindən yuxarıda qeyd olunan müddətlər keçdikdən sonra şəxs məsuliyyətə cəlb oluna bilməz.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Femida.az-a açıqlamasında bildirdi ki, əgər cinayətin törədilməsindən qanunla müəyyən olunmuş müddət keçməyibsə, yenidən cinayət işi başlanıla bilər:

“Cinayət qanunvericiliyinə görə, bu, yeni açılmış hallar hesab olunur. Yəni məlum olanda ki, cinayəti törədən şəxs yox, cinayəti törətməyən şəxs həbs olunub, dərhal hüquq-mühafizə orqanları tərəfindən yeni açılmış hallarla bağlı cinayət işi başlanılır”.

Hüquqşünas qeyd etdi ki, bəşəriyyətə, insanlığa qarşı cinayət törətmiş şəxslər nə qədər müddətin keçməsindən asılı olmayaraq, istənilən vaxt məsuliyyətə cəlb edilə bilərlər.

Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 6076









Cəmiyyət
img

Baramaçılıqda yeni dövr - Kəndlilər böyük pullar qazanacaq (VİDEOREPORTAJ)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img