Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb


20:09     23 May 2017 1-1%20(1)3.jpg

Mayın 23-də Batumi şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin Milli Müdafiə naziri Fikri İşık arasında görüş keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tərəflər Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd ediblər.

Regional və qlobal səviyyədə sülhə və sabitliyə töhfə vermək məqsədilə fəaliyyətlərin davam etdirilməsi, birgə təlimlərin keçirilməsi, mütəxəssislərdən ibarət işçi görüşlərinin təşkili, eləcə də hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1286