Sülh Platformasının Ukrayna üzrə sülh səfiri təyin edilib


21:52     23 May 2017 krupa.jpg

Bu gün Ermənistan-Azərbaycan Sülh Platformasının Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyev Sülh Platformasının üzvü olan ukraynalı alim, ictimai xadim Tatyana Krupa ilə görüşüb.


Sülh Platformasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə Sülh Platformasının gələcək planları müzakirə olunub.

O. Nəbiyev Sülh Platforması ilə əməkdaşlığa görə T. Krupaya öz minnətdarlığını bildirib. Görüş zamanı Sülh Platforması ilə ümumi əməkdaşlığa dair razılıq əldə olunub.

T. Krupa deyib ki, insanlar bir-birini öldürməməlidirlər, dünyada ən vacib varlıq İnsan həyatıdır. O bir tarixçi kimi vurğulayıb ki , tarix insanları bölməməlidir, çünki bu, ümumbəşər tarixdir. T. Krupa Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmaması ilə bağlı narahatçılığını ifadə edib. O, eyni zamanda sülh quruculuğu istiqamətində görülən işlərin vacibliyini vurğulayaraq, bu sahədə imkanlarını səfərbər edəcəyini deyib.

Görüşün sonunda O. Nəbiyev T. Krupanı Sülh Platformasının Ukrayna üzrə “Sülh səfiri” elan edərək, ona “Sülh səfiri” sertifikatı verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1030