Yəməndə 7 “Əl-Qaidə“ üzvü öldürüldü


22:55     23 May 2017 yemende%20elqaide.jpg

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yəmənin Mərib şəhərində pilotsuz uçan aparatlar və "Apaçi" vertolyotları ilə həyata keçirilən hücumda 7 "Əl-Qaidə" üzvünün öldürüldüyünü açıqlayıb.


ABŞ qüvvələri səhər saatlarında Mərib şəhərindəki "Əl-Qaidə" üzvlərinə qarşı hava əməliyyatı keçirib.

ABŞ Mərkəzi Komandanlığı tərəfindən verilən açıqlamaya görə, Yəmən rəsmilərinin dəstəyi ilə yüngül silahlar və hava nəqliyyat vasitələrilə aparılan atışlarda Mərib şəhərində 7 "Əl-Qaidə" üzvü məhv edilib. Hücumda ABŞ-ın hər hansı bir itki vermədiyi qeyd edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 789