Mançester terrorunu o törədib


23:33     23 May 2017 mancestr50.jpg

Mançester şəhərində terror aktı törədən şəxsin adı açıqlanıb.


"CBS News" kanalı “Twitter” səhifəsində yaydığı xəbərə görə, həmin şəxsin 23 yaşlı Salman Abedi olduğu bildirilir.

"NBC News" kanalı isə həmin şəxsin bombanı stadiona bel çantasında gətirdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.

Hadisəni törədən şəxs əldədüzəltmə partlayıcınıi işə salıb, özü də hadisə yerində ölüb.

Partlayışa görə İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1759