Tramp Papa ilə görüşüb


17:28     24 May 2017 f668f170-7620-48cc-be6f-875a0f0549d9.jpg

ABŞ prezidenti Donald Tramp Vatikana səfəri çərçivəsində Roma Papası Fransisk ilə danışıqlar aparıb.


"Reuters"in yaydığı xəbərə görə, görüş 30 dəqiqədən bir qədər çox müddətdə davam edib.

Görüşdə D.Tramp Papa ilə söhbət etməyi özü üçün böyük şərəf adlandırıb.

Qeyd edək ki, Papa Fransisk seçki kampaniyası zamanı dəfələrlə D.Trampı tənqid edib. Həmçinin o, milyarderin Meksika ilə sərhəddə divar tikmək vədinə "körpülər tikmək əvəzinə divarlar tikmək xristianlığa yaraşmır" deməklə cavab vermişdi. Bunun qarşılığında D.Trampın cavabı da sərt olmuşdu: "Vatikan İŞİD-in hücumuna məruz qalsa, Papa bütün varlığı ilə Trampın seçkilərdə qələbə qazanmasına dua edəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 1796