ABŞ Azərbaycana maliyyə yardımını azaldıb


19:11     24 May 2017 USA-ELECTION-TRUMP-6.jpg

ABŞ prezidentinin administrasiyası büdcənin azaldılması ilə bağlı Konqresə tövsiyələrini açıqlayıb.


“Massis Post” nəşrinin verdiyi məlumata görə, tövsiyələrdə qeyd olunur ki, 2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir.

Ermənistana gəldikdə isə azalma 67 faizdir. Yəni, ABŞ-ın bu ölkəyə maliyyə yardımı 20,4 milyon deyil, 6,7 milyon dollar təşkil edəcək.

Tramp administrasiyası Gürcüstan və Ukraynaya nəzərdə tutulan maliyyə yardımının azaldılmasında da israrlıdır. Müvafiq tövsiyələrdə Gürcüstana maliyyə yardımın 58 faiz, Ukraynaya isə 70 faiz azaldılması məqsədəuyğun sayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1128