Qartallar NATO sammitinin təhlükəsizliyini təmin edəcək


23:57     24 May 2017 eagle_240517.jpg

NATO-nun Brüsseldə keçiriləcək sammitinin təhlükəsizliyini 4 min polis əməkdaşından başqa, xüsusi təlim görmüş qartallar da təmin edəcək.


Brüssel polisi qartalları kiçik pilotsuz uçuş aparatları ilə mübarizə məqsədilə təhlükəsizlik tədbirlərinə cəlb edəcək.

Sözügedən qartalların qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün qonşu Niderlandda xüsusi təlim keçdiyi bildirilir.

Bundan başqa, 29 ölkənin dövlət və hökumət başçılarının Zirvə toplantısının təhlükəsizliyini təmin etmək məqsədilə Brüsselə Lüksemburq polisi də dəvət olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 662


Oxşar xəbərlər