Mahmud Abbas İsrail ilə danışıqlara getmək istəyir


02:21     25 May 2017 1495631461.jpg

Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas ABŞ Prezidenti Donald Trampla görüşdə İsrail ilə danışıqlara dərhal başlamağa hazır olduğunu bildirib.


Bu barədə Ağ Evin məlumatında bildirilir. Qeyd olunur ki, Donald Tramp və Mahmud Abbas fələstinli və israillilər arasında uzunmüddətli sülhün əldə olunmasına sadiq olduqlarını təsdiqləyiblər. Liderlər danışıqlar prosesinin inkişaf etdirilməsi yollarını və ərəb ölkələrinin bu işdə mümkün töhfəsini nəzərdən keçiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 705