İki qadını avtomobil vurdu


15:45     25 May 2017 piyada1.jpg

Şirvan şəhərində yolu keçən qadınları avtomobil vurub.


Hadisə Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Avtomobil yolu keçən Şirvan sakinləri, 1966-cı il təvəllüdlü İsmayılova Fəridə Ələkbər qızı və 1975-ci il təvəllüdlü Əsədova Səbinə Tofiq qızını vurub. Hər iki qadın Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsində yardım alıb. Onların həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 875