Saxta pul kəsənlər tutuldu
17:42 25 May 2017
Daxili işlər orqanlarının əməkdaşları ölkəmizin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, mayın 23-də Masallı rayonunun Qəriblər kənd sakini Xəlil İmamyarova məxsus mağazaya gələn bir nəfər ərzaq məhsulları alıb və 100 manatlıq əsginas verərək ödəniş edib.
Müştəri mağazadan ayrıldıqdan sonra kassadakı pulları götürüb ayıran satıcı 100 manatlıq əsginasın saxta olmasından şübhələnib. Əsginas yoxlanıldıqda onun saxta olduğu müəyyənləşib və dərhal rayon polis şöbəsinə müraciət edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbülhəsənov şübhəli şəxs qismində saxlanılıblar. Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha beş ədəd 100 manatlıq saxta əsginas aşkarlanaraq götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
Oxunub: 721
Oxşar xəbərlər
- Şaxta Baba ucqar kəndlərdə uşaqları sevindirdi
- Saxta pul satan ana və qızına 7 il CƏZA
- Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ
- Saxta pulla alver etmək istədi, tutuldu
- Saxta pul hazırlayan şəxs tutulub
- Saxta pul kəsənlərin cəzası azaldıldı
- Saxta Azərbaycan pasportu ilə sərhədi keçmək istəyən “qanuni oğru” saxlanılıb
- Saxta siqaret satışının qarşısı alınıb
- Saxta MTN əməkdaşının məhkəməsi olub
- Saxta diplom satan Azərbaycan vətəndaşı tutuldu - Rusiyada