Moskvada terrorun qarşısı alınıb


19:18     25 May 2017 t1larg.moscow.arrests.afp.gi.jpg

Moskvada terror aktları törətməyi planlaşdıran 4 nəfər saxlanılıb.


Rusiya KİV-lərinin yaydığı xəbərə görə, saxlanılanlar İŞİD terror qruplaşmasına mənsub olub.

Onların rusiyalı və Mərkəzi Asiya ölkələrinin vətəndaşları olduğu barədə məlumat verilib.

Axtarış zamanı həmin şəxslərdə müxtəlif partlayıcılar, odlu silah və sursatlar, ekstremist ədəbiyyat və videoyazılar aşkar edilib.

Bu şəxslərin terror aktları törətdikdən Suriyaya getməyi planlaşdırdıqları məlum olub.

Femida.az

Açar sözlər:

Oxunub: 745