Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB


23:39     25 May 2017 batmaq.jpg

Yevlax rayonunun Xanabad kəndində su anbarında çimərkən batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, əməliyyat saat 18:48-də başa çatıb.

***

Mingəçevir su anbarında bir nəfər batıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1198