Bakıda ağır qəza


02:48     26 May 2017 fhn_car_211016.jpg

Bakıda yol-nəqliyyat qəzası baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili ilə “MAZ” markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 19:10-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 847