Sabiq baş nazirin avtomobili partladılıb


03:04     26 May 2017 papademos.jpg

Yunanıstanın sabiq baş naziri Lukas Papadimosun avtomobilində partlayıcı qurğunun işə düşməsi nəticəsində dörd nəfər xəsarət alıb.


“RİA Novosti”nin verdiyi xəbərə görə, Papadimos yaralansa da, onun həyatına heç bir təhlükə yoxdur.

Bildirilir ki, partlayış avtomobildə baş verib, sabiq baş naziri müşayiət edən üç şəxs də xəsarət alıb.

Məlumata görə, partlayış Papadimos bağlamanı açarkən baş verib. Sabiq baş nazirin əlindən və qarın nahiyəsindən xəsarət aldığı bildirilir. Partlayış avtomobil hərəkətdə olarkən baş verib.

Lukas Papadimos 2011-2012-ci illərdə Yunanıstanın baş naziri vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 875