İran neft hasilatını artırmaq istəyir


13:18     26 May 2017 iran%20neft.jpg

İran yaxın 5 il ərzində neft hasilatının həcmini 20 faiz artıraraq, sutkada 5 mln. barelə çatdırmaq niyyətindədir.


“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bijan Zanqane bildirib.

Nazir bildirib ki, hasilatın həcminin artırılmasını yeni yataqların inkişafı və istismar edilən obyektlərdə texnologiyaların təkmilləşdirilməsi ilə əlaqələndirib.

Aprelin sonunda Zanqane İranda neft hasilatının həcminin sutkada 3,8 mln. barel təşkil etdiyini bildirmişdi.

Qeyd edək ki, 2016-cı ilin noyabrın 30-da OPEK dünya bazarında neftin qiymətini stabilləşdirmək məqsədi ilə neft hasilatının həcminin sutkada 1,2 mln. barel azaldılmasına dair razılıq əldə edib. Sövdələşməyə əsasən, İrana hasilat həcmini sanksiyalardan əvvəlki səviyyəyə çatdırmaq şansı verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 843