25 dərəcə isti olacaq - Bu günün havası
13:39 26 May 2017
Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1397
Oxşar xəbərlər
- 25 yaşlı qadın əri tərəfindən bıçaqlanıb
- 25 gün dözə bildi
- 25 minlik qızıl oğurlayan şəxs tutuldu
- 25 yaşlı qadını `tok` vurub öldürdü
- 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb
- 25 yaşlı gənc özünü yandırdı - Bərdədə intihar
- 2500-dən çox insan qan verib
- 25 yaşlı qız dəm qazından zəhərlənib
- 25 yaşlı qız özünü öldürmək istədi - Son anda xilas oldu
- 25 gündən sonra komadan ayıldı - Atdan yıxılmışdı