Qusarda ruhi xəstənin FACİƏLİ SONU


13:56     26 May 2017 meyit222.jpg

Qusar rayonunda intihar hadisəsi baş verib.


Qusar rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, hadisə mayın 25-də axşam saatlarında rayonun Çağar Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Mahir Məbulla oğlu özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.

M.Əhmədovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1497