`ASAN xidmət` 1 gün işləməyəcək
14:04 26 May 2017
Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində 28 may qeyri- iş günüdür.
Bu barədə Femida.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Məlumata görə, mayın 29-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.
Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Femida.az
Oxunub: 986
Oxşar xəbərlər
- `ASAN xidmət` işçilərinin peşə bayramı günü təsis edilib
- `ASAN Xidmət`də Heydər Əliyevin xatirəsi anılıb
- `ASAN xidmət` Monteneqro mətbuatında
- `ASAN Xidmət` xeyriyyə aksiyası keçirib
- `ASAN xidmət` 1 gün işləməyəcək
- `ASAN xidmət`ə 18 milyonuncu müraciət qeydə alınıb
- `ASAN İmza` üzrə vahid tarif tətbiq edilib
- `ASAN Kommunal`dan daha bir YENİLİK
- `ASAN peşə` üçün qeydiyyat vaxtı uzadılıb
- `ASAN qatar` Siyəzəndə olacaq