Xaçmazda qaz balonu partlayıb, xəsarət alanlar var


14:28     26 May 2017 partlayis%20yangin05.jpg

Xaçmaz rayonunda qaz balonu partlayıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, rayonun Yergüc kənd sakinləri - 1975-ci il təvəllüdlü Orucova Gülnarə Şahlar qızı və 1957-ci il təvəllüdlü Abdullayeva Şamama Məhəmməd qızı həyətyanı sahədə təndir çörəyi bişirərkən qaz balonunun partlaması nəticəsində xəsarət alıblar. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardımdan sonra onlar Bakıya göndərilib.

Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 919