Bakıda dəhşətli qəza, ölənlər var


15:53     26 May 2017 qeza%20yeni8.jpg

Bakıda ağır yol qəzası baş verib.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi “MAZ” və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R.Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1171