Qaxda silah-sursat tapılıb


15:40     26 May 2017 polis%20idaresi%20yeni.jpg

Qax rayonunda su kanalının kənarından silah-sursat aşkarlanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Qax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinmiş (paslanmış halda) “AKM-74” markalı silah, “TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 982