Daha bir türk hərbçi şəhid olub


17:09     26 May 2017 1440398928_sehid-turk.jpg

Türkiyənin Hakkari vilayətində baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub.


Femida.az xəbər verir ki, Çukurca rayonunda kustar üsulla hazırlanmış bomba partladılıb. Hadisə nəticəsində daha iki hərbçi yaralanıb.

Partlayışdan sonra bölgədə əməliyyata başlanıb.

Qeyd edək ki, ötən gün Türkiyədə PKK silahlıları ilə atışma nəticəsində 7 hərbçi həlak olmuşdu.

Femida.az

Açar sözlər:

Oxunub: 1050