Fikrət Məmmədov qəbul keçirəcək


19:38     26 May 2017 fikret.jpg

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayın 26-da Tovuz rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.


Ədliyyə Nazirliyi Mətbuat xidmətinidən Femida.az–a verilən xəbərə görə, Tovuz rayonu Olimpiya İdman Kompleksində (ünvan: Tovuz şəhəri, Heydər Əliyev prospekti 4) keçiriləcək qəbulda Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81, 5-82-50, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Tovuz rayonu Olimpiya İdman Kompleksində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Femida.az

Açar sözlər:

Oxunub: 960