Azərbaycan içki idxalını 61% artırıb


19:57     26 May 2017 alkoqol%20icki%20araq.jpg

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 7 594,13 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib.


Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1 848,43 min dollar və yaxud 32,17% çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,22%-ni təşkil edib.

Cari ilin ilk 4 ayı ərzində isə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 16 715,17 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 6 318,18 min dollar və yaxud 60,77% çoxdur.

Bu məhsulların idxalı ölkənin ümumi idxalında 0,77%-lik paya malik olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1000