21 yaşlı azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTOLAR


19:57     26 May 2017 1495799235_01-41%20(1).jpg

Rusiya Federasiyasının vətəndaşı olan azərbaycanlı qız İŞİD-ə qoşulub.


Dağıstanın Xuçni rayonunda yaşayan milliyətcə azərbaycanlı Sabrina Həbibova bir müddət əvvəl radikal qruplaşmalara qoşularaq kənddən qaçıb. Məlum olub ki, o, İŞİD sıralarına qoşulub.

Bildirilir ki, S.Həbibovanın 21 yaşı var. O, 1996-cı ilin 15 iyulunda anadan olub.

Qeyd edək ki, Rusiya vətəndaşı olan yüzlərlə şimali qafqazlı gənc İŞİD-ə qoşulduğu üçün axtarışa verilib və onların yenidən bu ölkəyə qayıtmasına imkan verilmir./Lent.az/





Femida.az

Açar sözlər:

Oxunub: 5915