Hacıqabulda uşaq zəhərlənib


02:48     27 May 2017 zeherlenme1.jpg

Hacıqabul rayonunda 9 yaşlı uşaq kimyəvi maddədən zəhərlənib.


Hacıqabul rayonunun Meyniman kənd sakini, 2008-ci il təvəllüdlü Qəmbərova Nərmin Eldəniz qızı bitkilərdə zərərvericiləri məhv etmək üçün nəzərdə tutlan kimyəvi çiləyicidən zəhərlənib. Azyaşlı qız ağır vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağı xilas etmək üçün respublika toksikoloji mərkəzindən həkimlər dəvət olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 771