“Heç bir problem yaşanmayıb” - Dövlət Gömrük Komitəsi
23:12 26 May 2017
Dövlət Gömrük Komitəsi (DGK) Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) problemlərin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, DGK-nin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problemlərin yarandığını və buna görə 4 saat müddətində müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilə bilmədiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Dövlət Gömrük Komitəsi bildirir ki, 2017-ci ilin 25 may saat 21:00-dan başlayaraq 26 may saat 04:00 qədər DGK tərəfindən informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizliyinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış yüklənmə testləri həyata keçirilib və Komitənin mütəxəssisləri tərəfindən aparılmış sınaqlar uğurla başa çatdırılıb:
"Sınaqların həyata keçirildiyi müddətdə VAİS-də müəyyən ləngimələr baş versə də, müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilməsi, eləcə də sistemin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb".
Femida.az
Oxunub: 1004
Oxşar xəbərlər
- “Heç olmasa, istifadə etdikdə pul versinlər” - Məleykə Abbaszadə
- “Heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz” - Prezident
- “Heç bir əsası olmayan informasiyalar yayırlar” - Əli Həsənov
- “Heç bir ölkəyə daxili işlərimizə qarışmağa imkan verməyəcəyik“ - PREZİDENT
- “Heç bir şikayət daxil olmadı” - Məzahir Pənahov
- “Heç kim at oynada bilməyəcək“ - Ərdoğan
- “Heç bir problem yoxdur“ - İlham Əliyev
- “Heç bir ölkədə belə biabırçılıq yoxdur” – Etibar Hüseynov